"Çelsi" yeni transferini açıqlayıb.


Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Brayton"un hücumçusu Joao Pedronun keçidi tamamlanıb.


Braziliyalı futbolçu ilə 2033-cü ilin iyununa qədər müqavilə imzalanıb.


İngiltərə mətbuatı yazır ki,  "Çelsi" 23 yaşlı hücumçu üçün "Brayton"a ümumilikdə 60 milyon funt-sterlinq (təqribən 70 milyon avro) ödəyəcək.


Pedro ötən mövsüm 30 oyuna çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə verib