Avropada bəzi qüvvələr Moskva ilə Bakı arasında münasibətləri korlamağa çalışır.
Yenisabah.az lenta.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bildirib.
Senator Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqda şübhəli bilinən rusiyalıların həbsi barədə deyib: Dominos pizza
"Onların üzündəki qançırlar və kəsiklər mütəxəssislərin - İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin işidir. Vacib olan başqa bir şeydir: Avropada, eləcə də Qafqazda bəzi qüvvələr son illərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə əldə edilən bütün yaxşı nə varsa, hamısına zərbə vurmağa çalışırlar. Yeri gəlmişkən, Ermənistanla da eyni şey baş verir".
Karasinin sözlərinə görə, bu məsələ ilə bağlı təzyiqlər mütəşəkkildir və geniş cəbhədə aparılır:
“Bu gün öyrəndik ki, təxribatlara onların şəyirdi Zelenski də qoşulub. Sağlam yanaşmalara və bütün bu vəziyyəti konstruktiv şəkildə həll etmək üçün hər cür imkana malik olduğumuza arxalanmalıyıq. Nifrəti qamçılamağa ehtiyac yoxdur. Çünki Qərbdə və Qafqazda keçmiş Sovet İttifaqı xalqlarını çəkişdirmək istəyən qüvvələrin vəzifəsi məhz budur. Buna imkan verməməliyik”.
Telegram kanalımız