AZ

"Neftçi" Venesuela millisinin üzvü ilə maraqlanır

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Neftçi" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Operativ Media xəbər verir ki, “ağ-qaralar” İsrailin “Makkabi Netanya” klubunda çıxış edən Venesuela əsilli futbolçu Freddi Vargası transfer etmək niyyətindədir.

26 yaşlı hücumçu karyerası ərzində “Deportivo Lara”, “Dallas”, “Metropolitanos” və “Bney Reyne” klublarının formasını geyinib. Varqas üç dəfə Venesuela millisinin formasını geyinib.

O, indiyədək 204 oyunda 28 qol vurub, 19 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalı futbolçunun dəyərini 600 min avro qiymətləndirir.

Seçilən
11
49
operativmedia.az

10Mənbələr