AZ

Bakı ilə aramızı vurmağa o da qoşuldu Karasin

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Avropada bəzi qüvvələr Moskva ilə Bakı arasında münasibətləri korlamağa çalışırlar.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

“Avropada, o cümlədən Qafqazda bəzi qüvvələr son illərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə əldə edilən bütün yaxşılıqları məhv etməyə çalışırlar. Yeri gəlmişkən, Ermənistanla da eyni şey baş verir”, - Karasin bildirib.

Senatorun sözlərinə görə, bu məsələ ilə bağlı təzyiqlər mütəşəkkildir və geniş cəbhədə aparılır:

“Bu gün öyrəndik ki, təxribat üzrə usta şagirdi Zelenski də bu hücuma qoşulub. Biz sağlam yanaşmalara və bütün bu vəziyyəti konstruktiv şəkildə həll etmək üçün hər cür imkana malik olduğumuza arxalanmalıyıq. Nifrəti qamçılamağa ehtiyac yoxdur. Çünki məhz bu, Qərbdə və Qafqazda keçmiş Sovet İttifaqı xalqlarını ziddiyyətə salmağa çalışan qüvvələrin vəzifəsidir. Biz buna imkan verməməliyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
50
axar.az

10Mənbələr