AZ

Lənkəran sakini arvadına xəsarət yetirib, sonra özünü öldürüb

Lənkəranda ər həyat yoldaşına xəsarət yetirib, sonra özünü öldürüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Biləsər kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşını, 1978-ci il təvəllüdlü Gülşən Həsənovanı ağacla döyərək xəsarətlər yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.

Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
0
12
apa.az

10Mənbələr