AZ

Morata “Qalatasaray”dan ayrılır bu kluba “hə” dedi

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İcarə əsasında “Qalatasaray”da çıxış edən, müqavilə ilə “Milan”a məxsus olan Alvaro Morata klubunu dəyişməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, ispan hücumçu “Komo”dan aldığı təklifə “hə” deyib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Morata A Seriyası təmsilçisinin məşqçisi Sesk Fabreqasla danışıb və “Komo”ya gəlməyə razılaşıb.

İtaliya klubu “Milan”la da bütün detalları razılaşdırıb. Oyunçunun “Qalatasaray”la icarə müqaviləsi ləğv ediləcək və o, “Komo”ya keçəcək.

Morata başa çatan mövsümdə Super Liqada 12 oyunda 6 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
50
futbolpress.az

10Mənbələr