AZ

Türkiyə çempionatının debütantı yeni baş məşqçisini açıqladı

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Türkiyə çempionatının debütantı ''Fatih Karagümrük''də yeni təyinat reallaşıb. "Football-plus.az" xəbər verir ki, İstanbul təmsilçisi Martsel Liçka ilə anlaşıb. Klubdan verilən rəsmi açıqlamada 47 yaşlı çexiyalı mütəxəssislə ikiillik müqavilə imzalandığı qeyd olunub.Məşqçi karyerasına 2015-də Çexiya təmsilçisi ''Xmel''də başlayan və burda bir il çalışan Liçka o vaxtdan bu yana vətənində çalışmayıb. Daha sonra Brest ''Dinamo''sunda işləyən mütəxəssis 2020-ci ildən bu yana Rusiyada çalışırdı. O əvvəlcə ''Orenburq''da, sonra da Moskva ''Dinamo''sunda işləyib. Yeri gəlmişkən, Moskva klubu 2023/24-də məhz bu məşqçi ilə son tura lider qismində daxil olsa da, səfərdə ''Krasnodar''a uduzaraq çempion ola bilməmişdi. ''Fatih Karagümrük''ə gəlincə, bu kollektiv ötən mövsümü 1-ci liqada 3-cü pillədə tamamladı və pley-offda uğurlu çıxış edərək birillik fasilədən sonra superliqaya qayıtdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
50
icma.az

10Mənbələr