Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Piylənməyə meyllilik artıq erkən uşaqlıq dövründə beş yaşa qədər formalaşır.
Redaktor.az xəbər verir ki, bu barədə britaniyalı endokrinoloq Syuzan Ozanne Tibb Elmləri Akademiyasında çıxışı zamanı bildirib.
Mütəxəssis qeyd edib ki, əgər uşaq beş yaşına qədər artıq çəkiyə malikdirsə, bu hal gələcəkdə yetkinlik dövründə piylənmə riskini əhəmiyyətli dərəcədə artırır. Bununla belə, həkim əlavə edib ki, artıq çəkiyə görə uşaqları və onların valideynlərini qınamaq doğru yanaşma deyil, çünki piylənməyə meyllilik çox vaxt daha erkən hətta ana bətnində formalaşmağa başlayır.
“İlk 1000 gün konsepsiyadan başlayaraq iki yaşa qədər olan dövr, o cümlədən hamiləlik müddəti uşağın sağlam həyat trayektoriyasının təməlini qoymaq üçün son dərəcə vacib fürsət pəncərəsidir”, - deyə Ozanne bildirib.
Onun sözlərinə görə, bu dövrdə düzgün qidalanma, ana südü ilə bəslənmənin təşviqi və hamilə qadınlara sağlam qidalanma vərdişlərinin aşılanması piylənmənin və sürətli çəki artımının qarşısını almaqda mühüm rol oynayır.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.