AZ

Tam 101 yaşında: “12 prezident, 27 baş nazir gördüm”

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Məni yaşadan bu evin havası və mənzərəsidir”

Amasyada yaşayan 101 yaşlı Ümmehan Baltaya yeni şəxsiyyət vəsiqəsi Amasya valisi Öndər Bakan tərəfindən evində təqdim olunub.

Dərə məhəlləsində yaşayan, 6 övladı və 13 nəvəsi olan Ümmehan Balta, Vali Öndər Bakanın ziyarəti ilə yeni kimliyini alıb. Vali həm də Balta ilə birlikdə 101-ci yaşına özəl hazırlanmış tortu kəsib.

Sherg.az xəbər verir ki, 1924-cü ildə dünyaya gələn və bu müddət ərzində 12 prezident, 27 baş nazir görən Ümmehan Balta, Prezident Rəcəb Tayyib Ərdoğanı bir dəfə də olsa canlı görmək istədiyini deyib:

“Baş nazirlərdən Dəmirəli, Ərbakanı, Eceviti xatırlayıram. Onlardan sonra gələnlərin hamısını tanıyıram. İndi də Tayyib Bəydir. Onunla üz-üzə görüşsəm, çox sevinərəm. O, mənim üçün bir övlad kimidir. Allah onu doğru yoldan sapdırmasın. Hər gün televizorda onun xəbərlərini izləyirəm. Mənim adımdan ona çoxlu salamlar deyin. Deyin ki, Amasyadan Ümmehan ana sənə salam göndərir.”

Sağlam qalma səbəbini yaşadığı evin havası və mənzərəsi ilə izah edən Ümmehan Balta belə deyib:

“Əgər hündürmərtəbəli bir binada yaşasaydım, bu qədər uzun ömür yaşamazdım. Məni bu müstəqil evimin balkonundan gördüyüm mənzərə və nəfəs aldığım hava yaşatdı.”

Vali Öndər Bakan isə ziyarət zamanı belə deyib:

“Bu gün hamımız bir yerdə Ümmehan anamızı ziyarət etdik. O, 1924-cü il təvəllüdlüdür. Allah ona uzun ömür versin. Əlini öpdük, duasını aldıq və kimliyini təqdim etdik. Cənab Prezidentimiz bu ili ‘Ailə ili’ elan edib. Ümmehan ana isə təxminən 80 illik bir ailənin böyük çinarı kimi qarşımızda dayanır. Ona sağlam və huzurlu ömür arzulayırıq.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
43
sherg.az

10Mənbələr