AZ

Bu məhsullar 50 faiz bahalaşacaq - SİYAHI 

 2035-ci ilə qədər alkoqol, siqaret və şirniyyatların qiymətləri ən azı 50% artırılmalıdır.


Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarında qeyd olunub.


Təşkilatın ekspertlərinin fikrincə, bu tədbir xroniki xəstəliklərin inkişafının qarşısını alacaq və ölkələrə büdcə gəlirləri yaratmağa kömək edəcək.


ÜST bütün dünyada qeyri-infeksion xəstəliklərin artmasından narahatdır ki, bu da səhiyyə sistemlərini gərginləşdirir. Təşkilat qeyd edir ki, bütün dünyada ölüm hallarının 75%-nin səbəbi qeyri-infeksion xəstəliklər, o cümlədən ürək xəstəlikləri, xərçəng və diabetdir.


ÜST qeyd edib ki, spirtli içkilərin, siqaretlərin və şirniyyatların qiymətlərinin artırılması növbəti 50 il ərzində 50 milyon vaxtından əvvəl ölümün qarşısını ala bilər.
// Sfera.az


Seçilən
13
29
referans.az

10Mənbələr