AZ

Faciəvi şəkildə həyatını itirən futbolçuların xatirəsi Avropa çempionatının oyunlarında yad ediləcək

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 3 iyul, AZƏRTAC

UEFA bu gün faciəvi şəkildə həyatını itirən Portuqaliya millisinin və “Liverpul” klubunun hücumçusu Dioqu Jota və qardaşı Andre Silvanın xatirəsinə hörmət əlaməti olaraq xüsusi qərar verib.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, onların xatirəsi qadınlar arasında Avropa çempionatının bu gün və sabah keçiriləcək bütün oyunlarından öncə bir dəqiqəlik sükutla yad ediləcək.

Futbolçu qardaşlar İspaniyanın qərbindəki Zamora əyalətində avtomobil qəzasında həlak olublar. İspaniya Mülki Qvardiyasının yaydığı məlumata əsasən, başqa bir nəqliyyat vasitəsini ötüb keçmək istəyərkən avtomobilin təkəri partlayıb və yoldan çıxıb. Bundan sonra alışma baş verib.

Qeyd edək ki, Diequ Jota 2020-ci ildən “Liverpul”da çıxış edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
28
azertag.az

10Mənbələr