AZ

“Sabah”ın istədiyi portuqaliyalı

“Sabah”ın transfer gündəmində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

Msport.az xəbər verir ki, “Legiya”nın dayaq yarımmüdafiəçisi Klod Qonçalves Bakı klubunun diqqət mərkəzinə düşüb.

Varşava təmsilçisinin baş məşqçisi Edvard Yordanesku bununla bağlı yerli mətbuata açıqlama verib. O, 31 yaşlı portuqaliyalının komandada qalmasını istədiyini deyib: “Klod mənim üçün çox vacib futbolçudur. Bunu tam səmimi və açıq şəkildə deyirəm ki, o özü də bilsin. Qonçalvesin komandada qalmasını istəyirəm”.

Rumıniyalı mütəxəssisin bu açıqlamasında sonra Qonçalvesin “Legiya”da qalmaq ehtimalının daha çox olduğu yazılıb. Futbolçu Polşa klubunda əsas heyət uğrunda mübarizə aparmağa hazırdır.

Qeyd edək ki, Klod Qonçalvesin “Legiya” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Seçilən
22
47
msport.az

10Mənbələr