AZ

"Liverpul" Jotanın ölümü ilə bağlı bəyanat yaydı: Xahiş edirik ki...

"Liverpul" klubu komandanın futbolçusu Dioqo Jotanın ölümü ilə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda bu sözlər qeyd olunub:

"Liverpul" Dioqo Jotanın faciəvi ölümü ilə sarsılmış vəziyyətdədir. Kluba bildirilib ki, 28 yaşlı futbolçu İspaniyada baş verən yol-nəqliyyat hadisəsində qardaşı Andre ilə birlikdə dünyasını dəyişib.

"Liverpul" hazırda əlavə şərh verməyəcək və Dioqo ilə Andrenin ailəsinin, dostlarının, komanda yoldaşlarının və klub əməkdaşlarının bu təsəvvürəgəlməz itkini qəbul etməyə çalışdığı bir vaxtda onların məxfiliyinə hörmətlə yanaşmağı xahiş edir.

Seçilən
15
17
publika.az

10Mənbələr