AZ

"Ronaldonun kölgəsində qaldı, amma həmişə öz yerini tapdı" - Santuş Jota haqda

Millimizin baş məşqçisi Fernandu Santuş "Liverpul"un futbolçusu Dioqo Jotanın faciəvi ölümünə münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı mütəxəssis "A Bola"ya açıqlamasında həmyerlisi haqda danışıb:
"İndi yalnız onun üçün çoxlu dua edə bilərəm. Onun ailəsi haqqqında düşünürəm. Jota böyük oyunçu, hər şeydən əvvəl əla insan idi. Belə vaxtlarda futbolçu haqqında danışmaq çətindi. Mən baş məşqçi olan vaxt Jota 22 yaşında millidə debüt edib. Dünyanın ən yaxşı oyunçusu Kriştiano Ronaldonun kölgəsində qaldı, amma həmişə öz yerini tapdı. Milli komandada onun əməyi çox idi".

Xatırladaq ki, iyulun 3-də avtomobil qəzasında dünyasını dəyişən Jota Portuqaliya millisi ilə iki dəfə Millətlər Liqasının qalibi olub.
Seçilən
12
4
football-plus.az

10Mənbələr