AZ

Yekaterinburqda həbs edilən Əhliman Gənciyevin vəkili apellyasiya şikayəti verib - YENİLƏNİB

Yekaterinburqda azərbaycanlılara qarşı qaldırılan cinayət işinin daha bir iştirakçısı - Əhliman Gənciyevin vəkili həbs qərarından məhkəməyə apellyasiya şikayəti verib.

Bu barədə AzNews.az Rusiya KİV-ə istinadən məlumat verir.

"Əhliman Gənciyevlə bağlı vəkildən apellyasiya şikayəti daxil olub", - Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, üç iştirakçının - Akif Səfərov, Ayaz Səfərov və Şahin Lalayevin vəkilləri də məhkəmə qərarından apellyasiya şikayəti veriblər.

Bu iş üzrə ümumilikdə 8 azərbaycanlı həbs edilib.

Yekaterinburqda keçmiş illərdə qətl törəkməkdə ittiham olunan Ayaz Səfərov və Şahin Lalayev qərara etiraz ediblər.

Bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat verib.

Seçilən
8
32
aznews.az

10Mənbələr