Rusiyanın Yekaterinburq şəhərində daha əvvəlki illərdə baş vermiş qətl hadisəsi ilə bağlı saxlanılan soydaşımız Kamal Səfərov barəsində həbs qətimkan tədbiri seçilməsi qərarından apellyasiya şikayəti verib.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəməsi məlumat yayıb.
Xatırladaq ki, iyunun 28-də Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi 2000-ci illərin əvvəllərində Yekaterinburqda törədilmiş bir sıra qətllərdə iştirak edən qrupun fəaliyyətinin qarşısının alınması barədə məlumat yayıb. Səkkiz təqsirləndirilən şəxs nəzarət altına alınıb.