Vaşinqtonun Kiyevlə müqavilə bağladıqdan sonra əldə edəcəyini gözlədiyi resurslar Rusiyanın nəzarətinə keçib.
Herbiand.az xəbər verir ki, bu barədə Amerikanın “The National Interest” (TNI) nəşri bildirib.
“Taleyin ironiyasına görə, Ukraynada Rusiyanın nəzarəti altında olmayan (ABŞ və Ukrayna arasında yerin təki müqaviləsi bağlanan zaman. - red.) bir neçə faydalı qazıntı yataqlarından biri Ukraynanın Donetsk vilayətinin Şevçenko kəndinin şərqindəki litium mədənləri idi, - nəşr qeyd edib.
Məqalə müəllifi diqqətə çatdırıb ki, Rusiya Silahlı Qüvvələri hücumlarını davam etdirib, bunun nəticəsində strateji əhəmiyyətli yaşayış məntəqəsi onların nəzarətinə keçib: “Moskva nə istəyirsə, onu da alacaq - Qərbin bu barədə nə düşünməsindən asılı olmayaraq”.
Nəşrin məlumatına görə, Ukrayna Ağ Evin rəhbəri Donald Trampın iddia etdiyi qiymətli təbii sərvətlərin əhəmiyyətli hissəsinin artıq Rusiyanın nəzarətində olduğunu anlayaraq lap əvvəldən sövdələşməni ciddi qəbul etməyib.
Xatırladaq ki, 2025-ci ilin mayında ABŞ Maliyyə Nazirliyi Kiyevlə Ukraynanın mineral ehtiyatlarından istifadəyə dair sazişin bağlandığını elan etmişdi.
Qeyd edək ki, iyunun 26-da rus ordusu Donetsk vilayətinin Şevçenko kəndini ələ keçirib.
Bəxtiyar CƏFƏRLİ