AZ

Abdullah Öcalan PKK-nın tərksilah edilməsi prosesinin başlaması barədə bəyanat verəcək

BAKI, 3 iyul. TELEQRAF

Abdullah Öcalan yaxın günlərdə lideri olduğu PKK terror təşkilatının tərksilah edilməsi prosesinin başlaması ilə bağlı bəyanat verəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin müxalif Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) sözçüsü Ayşəgül Doğan məlumat verib.

“Gözləntimiz, diləyimiz bu bəyanatın, bu mesajın videoformatda olmasıdır. DEM Partiyası olaraq gözləntimizi ifadə etmişik. Bəyanatın necə gələcəyi və məzmunu ilə bağlı heç bir məlumatımız yoxdur. Bizə verilən məlumata görə, Öcalandan bir neçə gün ərzində prosesi (tərksilah) yeni mərhələyə daşıyacaq açıqlama gözləyirik”, - partiya sözçüsü qeyd edib.

Xatırladaq ki, Türkiyə KİV bundan əvvəl PKK-nın tərksilah edilməsi prosesinin qarşıdakı 10 gün ərzində başlayacağı barədə məlumat yaymışdı.

Seçilən
33
9
teleqraf.com

10Mənbələr