AZ

Türkiyədə DEM partiyasının nümayəndələri Abdullah Öcalanla görüşəcəklər

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndə heyəti PKK terror təşkilatının qurucusu Abdullah Öcalanla görüşmək üçün İmralı həbsxanasına yola düşüb.
 
Moderator.az bu barədə "Türkiye" qəzetinə istinadla xəbər verir.
 
Görüş PKK-nın özünü ləğv edərək tərksilah olması üzrə aparılan terrorsuz Türkiyə diplomatiyası çərçivəsində keçirilir.
 
İmralıya gedən DEM heyətinin üzvləri Pervin Buldan, Mithat Sancar və Özgür Faik Eroldur.
 
Bu, DEM üzvlərinin 2024-cü ilin dekabrından bəri Öcalanla sayca beşinci görüşü olacaq.
 
DEM heyətinin yaxın günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü nəzərdə tutulub.
Seçilən
4
2
moderator.az

10Mənbələr