Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə sürücülər tərəfindən cavabını tapmaq istədikləri bir sual müzakirə obyektinə çevrilib.
Avtosfer.az xəbər evrir ki, nəqliyyat vasitəsi idarəçilərini narahat edən məsələ tıxac zamanı, yaxud işıqforun qırmızı işığında ikən telefonla məşğul olmağın cərimə səbəbi olub olmamasıdır.
Çünki İnzibati Xətalar Məcəlləsinibn 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə edilir. Qanunun bu hissəsində “hərəkət zamanı” sözü sürücüləri çıxılmaz vəziyyətə salıb. Buna görə də bəzi sürücülər həmin bənddə qeyd olunduğu kimi maşın işıqforun qırmızı işığında olarkən sui-istifadə edir, telefonla danışır, mesajlaşır, canlı yayım açır və s.
Mövzunu ilə bağlı hüquqşünas Ərşad Hüseynovun saytımıza açıqlamasında deyib ki, araşdırmalar nəticəsində dünyada baş verən qəzaların əksəriyyətinin sükan arxasında telefondan istifadə səbəbilə baş verdiyi məlum olub:
“Belə bir statistika bizim ölkəmizdə də var. Ola bilsin ki, bu statistika tam rəsmiləşdirilmir. Amma yollarımızda baş verən zəncirvari qəzaların əksəriyyəti məhz bu səbəbdən baş verir. Bəzən baş verən qəzanın görüntüsü kənardan baxan adama məntiqsiz görünür. Həmin o məntiqsiz qəzaların, demək olar ki, hamısı sükan arxasında telefondan istifadə edən sürücünün yol hərəkəti şəraitinə nəzarət etməməsi səbəbindən baş verir. Adam sadəcə yol hərəkəti şəraitində nəzarət etmir, avtomobil hərəkət edir və onun qarşısına çıxan hansısa maneəni görmür. Məsələn biz videolara geniş planda baxırıq, görürük ki, günün günorta çağı bir avtomobil düz yolda getdi başqa avtomobilə çırpıldı. Amma biz həmin an sürücünün nə ilə məşğul olduğunu görə bilmirik. 99% hallarda sürücü həmin an mobil telefondan istifadə etmiş olur”.
Ərşad Hüseynovun mövzunu şərh etdiyi həmin videomüsahibəni sizə təqdim edirik:
Səfər
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.