İtaliyanın "Komo" klubu ispan hücumçu Alvaro Moratanın transferi ilə bağlı "Milan"la razılıq əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, klub ispan futbolçu ilə şəxsi müqavilə şərtlərini də razılaşdırıb. İndi yekun qərar Moratanın hazırda icarə əsasında çıxış etdiyi "Qalatasaray"a məxsusdur.
2024/2025 mövsümündə Morata həm "Milan", həm də "Qalatasaray"ın heyətində ümumilikdə 41 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
32 yaşlı futbolçunun "Transfermarkt" portalına əsasən bazar dəyəri 11 milyon avro olaraq qiymətləndirilir.