AZ

Rusiya Taliban hökumətini rəsmi olaraq tanıdı

Rusiya Taliban hökumətini rəsmi olaraq tanıdı

Rusiya Əfqanıstandakı Taliban hökumətini rəsmi şəkildə tanıyıb.

Rusiya rəsmiləri qeyd ediblər ki, bu qərar Moskvanın Talibanla diplomatik münasibətləri rəsmiləşdirmək və Əfqanıstanla siyasi, iqtisadi əməkdaşlığı gücləndirmək niyyətini ortaya qoyur.

Bildirilib ki, bu addım regional sabitliyin təmin olunması və terror təhlükəsinin qarşısının alınması baxımından əhəmiyyətlidir.

Taliban hərəkatı isə Rusiyanın qərarını alqışlayaraq bunu beynəlxalq arenada legitimlik qazanmaq yolunda mühüm addım kimi qiymətləndirib.

Rusiya əvvəllər də Taliban nümayəndələri ilə təmasda olmuş, amma bu, ilk dəfədir ki, rəsmi tanınma elan olunur.

Seçilən
10
7
afn.az

8Mənbələr