ain.az bildirir, Axsham.az portalına istinadən.
Əməkdar artist Rəşad İlyasovun Xarici Dillər Universitetinin Çin dili fakültəsində oxuyan qızı Leyla məzun olub.
Axşam.az xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı Gülnarə İlyasova sosial şəbəkədə paylaşım edib. O, övladının fəxri fərmanla
"Vaxt necə də tez keçir! Elə bil dünən qızım bapbalaca idi. Bir göz qırpımında böyüdü və artıq universitetdən məzun oldu! Fakültəsindən yeganə seçilmiş tələbə olaraq yüksək akademik göstəricilərə görə Fəxri fərmanla təltif olundu, üstəlik bunu qızıma Çinin səfir xanımı Lu Mei tərəfindən təqdim olunması məni hədsiz qürurlandırdı! Uğurların daha çox olsun mənim balam, Allah səni qorusun!".
Qeyd edək ki, cütlüyün bir oğlu da var.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.