ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əməkdar artist Rəşad İlyasovun qızı Leyla universitetdən məzun olub.
Yenisabah.az xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı Gülnarə İlyasova sosial şəbəkə hesabında paylaşım edib. pizza mizza
O, övladının fəxri fərmanla təltif olunduğunu bildirib:
“Vaxt necə də tez keçir... Elə bil dünən qızım bapbalaca idi. Bir göz qırpımında böyüdü və artıq universitetdən məzun oldu! Fakültəsindən yeganə seçilmiş tələbə olaraq yüksək akademik göstəricilərə görə Fəxri fərmanla təltif olundu, üstəlik bunu qızıma Çinin səfir xanımı Lu Mei tərəfindən təqdim olunması məni hədsiz qürurlandırdı. Uğurların daha çox olsun, mənim balam. Allah səni qorusun!”.
Aydan Hacı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.