Bolqarıstanın silah istehsalı ilə məşğul olan “Arsenal” zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ağır yaralanaraq həyatını itirib.
Hadisə Kazanlık şəhərində yerləşən silah zavodunda qeydə alınıb. Regionun Polis İdarəsinin rəisi komissar Xristo Xristovun verdiyi məlumata görə, partlayış zavodun emalatxanalarından birində baş verib.
Partlayış nəticəsində ağır yaralanan şəxsə tibbi müdaxilə göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Komissar Xristov bildirib ki, hadisənin baş verdiyi ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb və hadisə ilə bağlı araşdırmalara başlanılıb. Partlayışın səbəbi hələlik məlum deyil.