AZ

Uşaqlarda dəri yanması riski: Xərçəngə səbəb olur

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yay aylarında günəşə məruz qalmanın müxtəlif faydaları var, lakin həddindən artıq olmamaq və müəyyən saatlarda kölgədə qalmaq lazımdır.

Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, körpələrdə və uşaqlarda günəş yanıqları sonrakı illərdə dəri xərçəngi riskini artırır.

Günəş hər kəs üçün D vitamini mənbəyidir, eyni zamanda xüsusilə uşaqlar üçün ciddi risklər yaradır.

Araşdırmalar göstərir ki, körpəlikdə və uşaqlıqda yanıqlar gələcəkdə dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

Bu saatlara diqqət!

Mütəxəssislər 10:00-16:00 arasında çölə çıxmaqdan mümkün qədər uzaq durmağın vacibliyini vurğulayaraq, geniş kənarlı papaqlar, açıq və pambıq paltar seçiminin vacibliyini vurğulayırlar.

Körpələrə ilk 6 ayda günəş kremi tövsiyə edilmir. Bundan sonra günəşdən qoruyucu ən azı SPF 30 olmalıdır.

6 aydan sonra körpələr də günəş eynəyi taxmalıdırlar.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
50
news.milli.az

10Mənbələr