AZ

Konqres Trampın bu layihəsini qəbul etdi

Yazını böyüt
Yazını kiçilt

ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın ardınca Prezident Donald Tramp administrasiyasının təşəbbüsü ilə hazırlanmış və vergilərin azaldılmasını, dövlət borcunun tavanının artırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun layihəsini qəbul edib.

Hafta.az xəbər verir ki, qanun layihəsini 218 konqresmen dəstəkləyib, 214-ü əleyhinə səs verib.

Trampın "vahid, böyük, gözəl qanun layihəsi" adlandırdığı sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.

Eyni zamanda, sənəd, müdafiə xərclərinin artırılmasını, xüsusən də "Qızıl qübbə" raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur.

Bundan əlavə, o sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı tədbirləri ehtiva edir, həmçinin bu sahədə xərclərin artırılmasını nəzərdə tutur. /TASS/

Seçilən
20
14
hafta.az

10Mənbələr