AZ

Tramp ABŞ Konqresində günlərlə müzakirə olunmuş qanun layihəsini imzaladı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Konqresin hər iki palatası tərəfindən təsdiqlənmiş, vergilərin azaldılmasını və dövlət borcunun yuxarı həddinin artırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun layihəsini imzalayıb.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

D.Tramp bunu böyük qələbə adlandırıb: "Bu, tarixdə ən böyük qanun layihəsidir. Belə bir şey heç vaxt olmayıb", - deyə o, imzalama mərasimindən əvvəl bildirib.

ABŞ prezidentinin "böyük, gözəl qanun layihəsi" adlandırdığı sənəd bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.

Eyni zamanda, qanun müdafiə xərclərinin artırılmasını, xüsusən də "Qızıl qübbə" raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
8
oxu.az

10Mənbələr