AZ

Jurnalistlər Balaxanı nefti ilə rəsm çəkdilər (FOTO)

Bakı.Trend:

“Balakhani Operating Company LTD” tərəfindən təşkil edilən“Əkinçi” Dövrünün Neft Hekayələri” adlı tədbirdə Azərbaycan MilliMətbuatının yaranmasının 150 illiyi qeyd edilib.

Neft tariximizin beşiyi hesab edilən Balaxanıda ölkənin aparıcıKİV-lərinin nümayəndələri Həsən bəy Zərdabinin əsasını qoyduğumilli mətbuat tariximizdə neft sənayesi izlərini nəzərdənkeçiriblər.

“Balakhani Operating Company LTD”-in prezidenti Rövşən Rzayevçıxışında bildirib ki, Milli mətbuatın yaranması bir xalq üçün onunmilli şüurunun formalaşması, öz kimliyi və ictimai-siyasimövcudluğunu anlaması baxımdan təməl nöqtələrindən biridir. Neftmövzusu Zərdabinin “Əkinçi”sindən bu günə qədər Azərbaycanmətbuatının əsas hekayələrindən biri kimi qalmaqdadır: “Tariximətbuat səhifələrini vərəqləsək, görərik ki, strateji resurs kimiAbşeron nefti hələ 19-cu əsrin sonlarında diqqət mərkəzində idi.Rusiya İmperiyasının qəzetləri Bakının çar iqtisadiyyatı üçünəhəmiyyətindən yazır, onu nəzarətdə saxlamağa çağırırdılar. Qərbqəzetləri isə Qafqazı “Wild East”- “Vəhşi Şərq” adlandıraraq buradasəngiməyən neft mübarizəsi və inqilabları heyranlıqla işıqlandırır,Bakını “Qara Qızıl Paytaxtı” kimi tanıdırdılar.

Amerika nefti ilə Bakı nefti arasındakı rəqabət, Bakıdaneft emal edən zavodların tikilməsi, yerli sakinlərin tez birzamanda varlanmaq üçün hər şeylərini satıb Sabunçu ərazisindətorpaq almağa can atmaları “Əkinçi” qəzetinin mövzularınaçevrilirdi. “Bakinskiye izvestiya” isə öz səhifələrində Balaxanıdafəhlələr üçün yaradılan şəraitlə maraqlanırdı. O cümlədən,Balaxanı-Sabunçu fəhlələri və onların övladları üçün məktəblərintəsis edilməsi, mədənlərdə kitabxana və qiraətxanaların açılması,fəhlələrin maariflənməsi üçün teatr tamaşalarının təşkili,mədənlərdə feldşerli təcili yardım otaqlarının fəaliyyətindənyazırdı”.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətininüzvü, millət vəkili Vüqar Rəhimzadə isə yeni müstəqillik dövrümüzünmətbuat tarixi barədə söhbət açıb. O vurğulayıb ki, Ulu ÖndərHeydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonramətbuatın cəmiyyəti formalaşdırması imkanlarını dəqiq görərək,KİV-lərin maddi-texniki bazasının və ölkədə söz azadlığınınqanunverici əsasının möhkəmləndirilməsi istiqamətində ardıcıltədbirlər həyata keçirdi. Medianın səfərbəredici rolunu yüksəkdəyərləndirən Ümummilli Lider mətbuatın və jurnalistlərin dövlətquruculuğunda öz missiyasının olduğunu daim vurğulayır, mediavasitəsi ilə Azərbaycan xalqı ilə açıq söhbət qururdu: “Onunidarəçilik məktəbi və siyasi kursunun layiqli davamçısı olanPrezident İlham Əliyev milli mətbuata dövlət qayğısının miqyasınıdaha da genişləndirib. Milli mətbuatımızın yubiley illərinin dövlətsəviyyəsində qeyd olunması artıq ənənə şəklini alıb. Tarixiirsimizi yaşatmaqla yanaşı Prezident İlham Əliyevin “AzərbaycanRespublikasında media sahəsində islahatların dərinləşməsi” haqqındafərmanına əsasən yaradılan Medianın İnkişaf Agentliyi sürətlədəyişən informasiya texnologiyaları dünyasında milli mətbuatımızıdaha da hazırlıqlı etməkdədir”.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasınınmüəllimi Şəfəq Mehrəliyeva isə, müasir cəmiyyətdə mediasavadlılığının artırılması zərurətinə diqqət çəkib. O, bildirib ki,informasiya texnologiyalarının inkişafı medianın təsir gücünü eləhəlledici dərəcəyə çatdırıb ki, mətbuatın istehsal etdiyi məlumathər bir fərdin öz həyatı, çevrəsi, xalqı, ölkəsi barədə rəyinibilavasitə formalaşdırmaqdadır: “Cəmiyyətə məlumatınçatdırılmasında mətbuatın müxtəlif təşkilatların İctimai Əlaqələrşöbələri ilə əməkdaşlığının vacibliyini qeyd edən ADA müəllimixatırlatdı ki, bu tərəfləri birləşdirən nöqtə cəmiyyətə faydalıməlumat vermək istəyi olmalıdır. Qədim yunan filosofu Sokratındeyimini xatırlatsaq, “üç süzgəciniz olmalıdır: - doğrudurmu?vacibdirmi? mərhəmətlidirmi?” Bu süzgəclərdən keçə bilən məlumatictimai fayda verərək medianı müasir dünyada əzəl missiyasına sadiqsaxlayacaq”.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra, KİVnümayəndələri incəsənət sessiyasında iştirak edərək neft boyası ilərəsm əsəri üzərində işləyib, peşəkar bayramları münasibəti iləhədiyyələrlə təltif ediliblər.

Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Jurnalistlər
Seçilən
3
50
az.trend.az

10Mənbələr