AZ

İzmirdə meşə yanğınları davam edir İnsanlar təxliyə edilir + VİDEO

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İzmirin Buca, Ödemiş və Çeşmə rayonlarında başlayan meşə yanğınlarısəbəbilə bir çox yaşayış məntəqəsi təhlükə altına düşüb, bəzi kəndlər isə ehtiyat məqsədilə təxliyə edilib.

“AzPolitika” Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Buca rayonunun Zəfər məhəlləsində dünən başlayan yanğın Gaziemir rayonunun Kısık məhəlləsinə də keçib. Təxminən 15 saat davam edən yanğının qarşısını almaq üçün gecə boyunca qurudan müdaxilə olunub. Səhər saatlarında isə 4 təyyarə və 11 helikopter söndürmə işlərinə cəlb olunub. Alovların evlərin yaşayış sahələrinə yaxınlaşdığı bildirilir.

Ödemiş rayonunun Tosunlar məhəlləsində yerləşən Monastır ərazisində başlayan və yaşayış yerlərinə yayılan yanğın nəticəsində isə Suçıktı, Tosunlar, Üzümlü, Ortaköy və Karadoğan kəndləri təhlükəsizlik məqsədilə boşaldılıb. Yanğının təsirinə düşən ərazilərdə evlərə və tövlələrə ciddi ziyan dəyib. Yeniköy məhəlləsinə qədər yayılan yanğın nəticəsində Suçıktı kəndində yaşayan 81 yaşlı yataq xəstəsi İbrahim Erkan həyatını itirib.

Çeşmə rayonunda isə Ildır məhəlləsində dünən başlayan və əkin sahəsindən meşəlik əraziyə yayılan yanğın nəticəsində 3 məhəllə boşaldılıb.

Hazırda İzmirin 3 fərqli nöqtəsində — Buca, Ödemiş və Çeşmədə meşə yanğınlarıyla mübarizə fasiləsiz şəkildə aparılır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
11
azpolitika.info

10Mənbələr