AZ

Türkiyə Prezidenti Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında iştirak etmək üçün özəl “TUR” təyyarəsi ilə Azərbaycana gedib.

Prezident Ərdoğanı İstanbul valisi Davud Gül və AK Partiya İstanbul İl sədri Abdullah Özdemir Atatürk Hava Limanından Qonaqxanasından yola salıblar.

Xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu, ticarət naziri Ömər Bolat, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Prezident Aparatının Kommunikasiyalar direktoru Fahrettin Altun və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç da Xankəndinə gedib.

Bu barədə “TRT Haber” məlumat verib.

Ərdoğanın səfər çərçivəsində Azərbaycanın ev sahibliyi edəcəyi “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün Yeni İqtisadi Əməkdaşlıq Təşkilatının Baxışı” mövzusunda keçiriləcək sammitdə çıxış edəcəyi gözlənilir.

Ərdoğanın sammitdə edəcəyi danışıqlar və çıxışı zamanı regional və qlobal məsələlər də gündəmdə olacaq.

Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, KKTC də daxil olmaqla müşahidəçilər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Seçilən
4
49
moderator.az

10Mənbələr