AZ

İsveçrə atom elektrin stansiyasını "söndürüb"

Yazını böyüt
Yazını kiçilt

Qərbi Avropada davam edən anomal istilərlə əlaqədar İsveçrənin Arqau kantonunda yerləşən "Beznav" atom elektrik stansiyası qismən elektrik şəbəkəsindən ayrılıb. Reaktorlardan biri tamamilə dayandırılıb, digəri isə yalnız 50% güclə işləyir.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, stansiyanın istismarını həyata keçirən şirkət bildirib ki, məhdudiyyətin tətbiq edilməsinə səbəb yaxınlıqdakı Aare çayında suyun temperaturunun yüksək olmasıdır.

Reaktorların soyudulması üçün istifadə edilən suyun geriyə, onsuz da həddindən artıq qızmış çaya buraxılması yerli fauna və floraya zərər verə bilərdi.

Avropa İttifaqının “Kopernik” iqlim problemlərinin tədqiqi xidmətinin 2024-cü il üçün hesabatına əsasən, Avropa, planetimizdə temperaturun ən yüksək templə artdığı qitədir: 1980-ci illərdən bəri Avropada temperatur dünya üzrə orta göstəricidən iki dəfə sürətlə yüksəlir.

Seçilən
6
6
hafta.az

10Mənbələr