AZ

Paşinyan: “ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək”

ABŞ Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh, sabitlik və rifahın qurulmasına fundamental töhfə verəcək.

KONKRET.az report-a istinadla xəbər verir ki, istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-nin Müstəqillik Günü münasibətilə ölkə Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda deyilir.

“Münaqişələrin dayandırılması və dünyada sülhün qurulması ilə bağlı baxışınızı yüksək qiymətləndirirəm. Ümid edirəm ki, sizin rəhbərliyiniz altında ABŞ Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh, sabitlik və rifahın qurulmasına fundamental töhfə verəcək”, – məktubda qeyd olunub.

N.Paşinyan vurğulayıb ki, Ermənistan “hökumətin suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də regional infrastrukturun açılmasına əsaslanan sülh gündəliyinə dəyişməz sadiqliyini” təsdiqləyir.

O qeyd edib ki, İrəvan ABŞ ilə strateji tərəfdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir.

Seçilən
11
50
konkret.az

10Mənbələr