AZ

Sürücü göstərilmiş hansı istiqamətlər üzrə hərəkət edə bilər - CAVAB VER, HƏDİYYƏ QAZAN

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.

AKAF-dan Avtosfer.az-a verilən məlumata görə, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.

Reqlamentə əsasən, açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və 1 nəfərlik kanoe qayığında 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik kanoe qayığında da çempionluq uğrunda yarışacaqlar.

Qeyd edək ki, Bakı çempionatı iyulun 11-də təşkil olunacaq.

Seçilən
0
23
avtosfer.az

10Mənbələr