Hurriyyet.az xəbər verir ki, Rusiya Dövlət Dumasında azərbaycanlıların fəaliyyət göstərdiyi "Sadovod" və "Fud-Siti" bazarları ilə diasporanın fəaliyyətini yoxlamaq təklif edilib.
Rusiya Dövlət Dumasının deputatı, "Ədalətli Rusiya - Həqiqət uğrunda" (ƏRHU) partiyasının lideri Sergey Mironov Rusiyanın Baş prokuroru İqor Krasnova müraciət edərək, belə bir təklif irəli sürüb.
Müraciətdə deyilir: "Sizdən Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların fəaliyyətinin hərtərəfli yoxlanılmasını xahiş edirəm".
Hürr Tərcüman