AZ

Deputat: Şahidlər zorla polisə aparılır, telefonları qanunsuz yoxlanılır/Video

Praktikada bir çox hallarda şübhəli və şahid qismində olan şəxsə heç bir çağırış vərəqəsi gəlmədən qanunsuz olaraq onu yaşadığı evdən, işlədiyi məkandan polis bölməsinə aparırlar. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev iyunun 4-də parlamentdə  “Polis haqqında”  qanuna münasibət bildirərkən deyib. 

Deputat hüquq-mühafizə orqanlarının şahid və ya şübhəli şəxslərlə davranış qaydalarına əməl etmədiklərini bildirib. 


“Qanuna edilən 2023-cü il dəyişikliklərinə əsasən, şahid və ya şübhəli şəxslər yalnız rəsmi çağırış vərəqəsi ilə polis orqanına dəvət olunmalıdır.Çağırış vərəqəsində şəxsin hüquq və vəzifələri açıq şəkildə göstərilməli, gəlmədiyi təqdirdə barəsində məcburi tədbir görüləcəyi qeyd olunmalıdır. Praktikada isə bu fərqlidir.” –deputat vurğulayıb.


Deputatın sözlərinə görə, bəzi hallarda şahidlər heç bir xəbərdarlıq və ya çağırış olmadan birbaşa yaşadıqları ünvan və ya iş yerindən aparılır, mobil telefonları müsadirə edilir və qanunsuz şəkildə məlumatlarına müdaxilə olunur.


Millət vəkili bu məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət edərək, şahidlərə çağırış vərəqəsinin göndərilməsi praktikasının araşdırılmasını tələb edib.
Deputat həmçinin polislərin cərimələrdən yazılan məbləğin onların əməkhaqqına artırılmasının da əlehinə olduğunu vurğulayıb. 


“Mən burada hər zaman polislərin əməkhaqqlarının artırılmasının vacib olduğunu demişəm. Cərimələrdən əməkaqqının artırılmasının əlehinəyəm. Bu təqsidirlən şəxslərin əlehinə olan məsələ olacaq. Cərimələrin dövlət büdcəsinə ödənilməsi və oradan onların əməkhaqqının artırılması daha doğru olar”, - deputat söyləyib. 

Seçilən
10
50
anews.az

10Mənbələr