AZ

"Övladım "surroqat ana"dan dünyaya gəlib"

Aparıcı Tarix Əliyev (Tolik) qızı Milanaya "surroqat ana" (Öz uşaqlığında donor embrionu daşıyan, somatik və psixi cəhətdən sağlam, müvafiq tibbi genetik müayinə nəticəsində bu xidmətə əks göstərişləri olmayan, yaşı, əsasən, 21-dən 38-dək olan qadın nəzərdə tutulur) vasitəsi ilə sahib olduğunu deyib.Missiya.Az xəbər verir ki, Tolik bu haqda sosial şəbəkə hesabında izləyicilərinin suallarını cavablandırarkən danışıb.

"Süni mayalanma daşıyıcı, "surroqat ana" deməkdir. Onlar heç vaxt övladla görüşmək istəmirlər, uşağı qucaqlarına almırlar, heç görmürlər və həmin hissi yaşamırlar. Dünyada və Azərbaycanda bu var. Mənim kimi məşhur deyillər deyə açıqlamırlar. Ümid edirəm ki, ailə quraram və xanım balama sevgisini verər. Balama görə narahat deyiləm. Allahdan bu uşağı istəmişəm. Mən balama öz sevgimi verirəm. Ailə qurub 3 ay yaşayıb uşağı bədbəxt etmək istəmirəm", - aparıcı əlavə edib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
5
2
missiya.az

10Mənbələr