AZ

“İran bizə əvvəlcədən xəbər verdi, biz də bazanı boşaltdıq” Trampdan şok açıqlamalar

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl yaşanan İran-İsrail gərginliyi ilə bağlı maraqlı açıqlamalar verib.

İovada keçirilən tədbirdə çıxış edən Tramp Qətərdə yerləşən əsas ABŞ hərbi bazasına İranın həyata keçirdiyi raket zərbələri ilə bağlı danışıb.

Onun sözlərinə görə, İran raket hücumundan əvvəl ABŞ-ni xəbərdar edib və bu, "qarşılıqlı hörmətin" göstəricisi kimi qiymətləndirilib.

“Bilirsiniz, onlar mənə zəng edib dedilər ki, biz sizə atəş açmalı olacağıq. Bu İran idi – çox hörmətli şəkildə. Dedilər ki, siz bizə 14 bomba atdınız, biz də sizə 14 raket atmaq istəyirik. Mən də dedim, başa düşürəm, buyurun", -deyə Tramp bildirib.

O əlavə edib ki, iranlılar hətta hücumun vaxtını da dəqiqliklə bildiriblər:“Dedilər haraya atacaqlar. Mən dedim, yaxşı. Biz bazanı boşaltdıq. Bu, Qətərdə çox gözəl bir hərbi baza idi. Dedilər, "Cənab, saat 1-də". Mən də dedim, uyğundur".

Tramp bildirib ki, İran 14 yüksək keyfiyyətli və sürətli raket atıb, lakin onların hamısı havada zərərsizləşdirilib: “Təsəvvür edin, İran "nəzakətli" olub bizə əvvəlcədən deyir ki, sizi 14 dəfə vuracağıq... Mən də dedim, vurun. Və onlar 14 raket atdı, hamısı vuruldu".

Qeyd edək ki, sözügedən raket hücumu 23 iyun tarixində baş verib. Onun öncəsində – 13 iyun tarixində İsrail tərəfindən İranın hərbi və nüvə obyektlərinə hava hücumları təşkil olunmuş, bölgədə gərginlik artmışdı. Bunun qarşılığında Tehran raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirmiş, ABŞ isə İranın nüvə obyektlərinə zərbələr endirmişdi.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
50
azpolitika.info

10Mənbələr