"Aİ-nin Macarıstanı Rusiyadan gələn qazdan imtina etməyə məcbur etməsinə icazə verməyəcək".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O, Avropa İttifaqının Macarıstan və Slovakiyanın Rusiya enerji resurslarını idxal etməsinə qadağa qoymasına icazə verməyəcəyinə söz verib.
"Bu, Avropa və Ukrayna prezidenti Vladimir Zelenskinin planıdır. Mən başa düşürəm ki, onlar bunun Rusiyaya zərər vuracağını düşünürlər, lakin Macarıstan Avropanın Rusiyadan idxal etdiyi neftin 3%-dən azını təmin edir. Ona görə də bunun rusları diz çökdürəcəyini və ya Vladimir Vladimiroviçi narahat edəcəyini düşünmürəm", - Macarıstanın baş naziri qeyd edib.
Siyasətçi bu planın həyata keçməməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.
Gülşən Şərif