AZ

Avropa İttifaqı ölkələrinin əksəriyyəti Ukraynanın üzvlüyünə yox deyəcək

ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Macarlar Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləmir. Bu məsələ ilə bağlı səsvermə keçirilsəydi, əksər Aİ ölkələrinin vətəndaşları Ukraynanın icmaya qoşulmasını dəstəkləməzdilər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib. 

"Avropa İttifaqı ölkələrinin əksəriyyəti Ukraynanın üzvlüyünə "yox" deyəcək. Əgər biz Ukraynanı öz sıralarımıza qəbul etsək, müharibəni qəbul edəcəyik. Ukraynanın qoşulması iqtisadiyyatımızı məhv edəcək", - o bildirib.

O xatırladıb ki, Macarıstanda keçirilən ümumxalq referendumunda (2 milyondan çox insanın iştirakı ilə) respondentlərin 95%-i Kiyevin Avropa İttifaqına qoşulmasının əleyhinə səs verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
16
operativmm.az

10Mənbələr