Finss.az - Yaponiya Dövlət Pensiya İnvestisiya Fondu (GPIF) bu ilin ilk rübündə 61,1 milyard dollar zərər etdiyini açıqlayıb.
Doların dəyərinin azalması xarici qiymətli kağızların və daxili aktivlərin qiymətinin düşməsinə səbəb olaraq fondun ümumi aktivlərinin 1,73 trilyon dollara qədər azalmasına gətirib çıxarıb.
GPIF-in açıqladığı zərər, keçən ilin üçüncü rübündə qeydə alınan 63,3 milyard dollarlıq zərərə yaxın səviyyədədir. Bu itki əsasən ABŞ-da tətbiq olunan yüksək tariflər və iqtisadi qeyri-müəyyənliklər fonunda yaranıb.
Xarici investisiyalarda səhmlər 6%, istiqrazlar isə 2% dəyər itirib. Daxili bazarlardakı aktivlərin azalması da zərərin artmasına təsir göstərib.
GPIF dünyanın ən böyük dövlət pensiya fondu kimi uzunmüddətli perspektivdə bazar dəyişikliklərinə uyğun strategiyalar qurmağa çalışır, lakin hazırki iqtisadi şərait fondun performansına mənfi təsir göstərməkdədir.