ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinin hakimiyyət orqanları ailələrə nağd ödənişlər etməklə doğum səviyyəsini stimullaşdırmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, artıq cari ildə başlayacaq proqramda üç yaşına çatanadək hər bir uşaq üçün ildə 3600 yuan (503 dollar) ödəniş nəzərdə tutulub.
Çin təxminən on il əvvəl ailədə tək uşaq siyasətindən əl çəksə də, ölkə əhalisinin sayı azalmağa davam edir. Ötən il ölkədə 9,54 milyon uşaq anadan olub ki, bu da bir uşaq olması siyasətinin aradan qaldırdığı 2016-cı ildəki 18,8 milyon doğuşun yarısı qədərdir. Doğum nisbətinin aşağı düşməsi əmək qabiliyyətli əhalinin sayının davamlı şəkildə azalmasına səbəb olur və bu da Pekin üçün iqtisadi problemlər yaradır.
BMT-nin proqnozlarına görə, 2050-ci ilədək Çin əhalisi 1,4 milyarddan 1,3 milyarda, 2100-cü ilədək isə 800 milyona düşə bilər. Bu proqnozlar ölkədə nikahların sayının son 50 ildə ən aşağı səviyyəyə düşdüyünü göstərən məlumatlara əsaslanır. Bu tendensiya artıq Çinin bir çox bölgələrində hakimiyyət orqanlarını nağd ödənişlər və mənzil subsidiyaları da daxil olmaqla doğum nisbətlərini stimullaşdırmaq üçün tədbirlər görməyə vadar edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.