AZ

“Ruhları təmizləyəcəyik” deyib milyonlarla dollar aldılar

Yaşlı qadından on minlərlə dollar almaqda ittiham olunan iki adam Avstraliya polisi tərəfindən “Çin xeyir-duası” dələduzluğunu araşdırarkən həbs edilib.

Xəbər verilir ki, “Çin xeyir-duası” fırıldaqçılığı son 25 il ərzində bütün dünyada, o cümlədən ABŞ, Böyük Britaniya, Kanada və Yeni Zelandiyada bildirilmişdir.

Cinayətkarlar tez-tez yaşlı asiyalı qadınları hədəfə alır, onları ailələrindən birinin lənətləndiyinə və ya təhlükə altında olduğuna inandırırlar. Qurbanlara deyilir ki, özlərini mənfi ruhlardan qorumağın yeganə yolu var-dövlətlərinə xeyir-dua verməkdir.

CNN İnternational-a istinadən xəbər verir ki, Cənubi Uels polisinin detektiv rəisi Qay Magi, “Bu, gizli quldurluqdur” deyib. “Bu hücumçular həssas qurbanları, adətən asiyalı və yaşlı qadınları ovlayırlar. Onlar bir sürü hiyena kimi hücum edirlər”- o, bildirib.

63 yaşlı qadın dünən Sidney Beynəlxalq Hava Limanında 3 milyon Avstraliya dollarından (2 milyon ABŞ dolları ) çox pulun oğurlanması ilə bağlı 80 dələduzluq xəbəri ilə aparılan geniş araşdırmalardan sonra saxlanılıb.

Onun iddia edilən ortağı, 63 yaşlı kişi də bu gün Brisben hava limanında Avstraliyadan Çinə uçmaq istəyərkən həbs edilib.

Orxan


Seçilən
6
50
azia.az

10Mənbələr