AZ

Trampa çağırış edildi: Putin sizi və Amerikanı ələ salır

BAKI, 4 iyul. TELEQRAF

Respublikaçı senator Co Bekon ABŞ Prezidenti Donald Trampı Ukrayna ilə bağlı yanaşmasına yenidən baxmağa çağırıb.

Teleqraf xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsində yazıb.

“Cənab Prezident, sizin Rusiya siyasətiniz nəticə vermir. Biz danışıqlar apararkən Putin Ukrayna şəhərlərini bombalayır. Kiyevə bugünkü hücum buna misaldır”, - o bildirib.

Bekonun fikrincə, Trampın Rusiya ilə bağlı strategiyasını dəyişməsinin vaxtı çatıb:

“Biz və müttəfiqlərimiz Ukraynanı dişinə qədər silahlandırmalıyıq və Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq edilməlidir. Putin sizi və Amerikanı ələ salır”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 3-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları aparıb.

Seçilən
1
50
teleqraf.com

10Mənbələr