AZ

Almaniya Ukrayna üçün ABŞ-dan "Patriot" zenit-raket kompleksləri almaq istəyir

Bakı. Trend:

Almaniyanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi ŞtefanKornelius sonradan Kiyevə ötürülməsi üçün Amerikadan “Patriot”Zenit-Raket Komplekslərinin alınması ilə bağlı rəsmi Vaşinqtonladanışıqların aparılması ilə bağlı informasiyanı təsdiqləyib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Bu boşluğu yenidən "Patriot" sistemləri ilə doldurmaq üçünmüxtəlif yollar var, siz onlardan birini qeyd etdiniz”, – deyə o,Almaniya hökumətinin ABŞ-dən hava hücumundan müdafiə sistemlərialaraq sonradan onları Ukraynaya təhvil verməyiplanlaşdırıb-planlaşdırmaması ilə bağlı sualı cavablandırarkənjurnalistlərə bildirib.

Kornelius qeyd edib ki, Berlin Vaşinqtonun Ukraynaya bəzi silahtədarükünü dayandırmaq qərarını “müvəqqəti siqnal” kimi qəbuledir.

“Amma Ukraynanın, ilk növbədə, hava hücumundan müdafiəvasitələri ilə fəal şəkildə təchiz olunması istiqamətində çoxintensiv danışıqlar aparılır”, – deyə Almaniya hökumətininnümayəndəsi vurğulayıb.

Məqalədə:
Seçilən
5
35
az.trend.az

10Mənbələr