AZ

Onların komandadan ayrılmasını istəmir - İşə başlayan məşqçi

Leverkuzen “Bayer”inin yeni baş məşqçisi Erik ten Haq hücumçular Patrik Şik və Viktor Bonifasenin komandada qalmasını istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki futbolçu Ten Haqın planlarına daxildir.

Bununla belə, klub onlara görə cəlbedici təklif alarsa, transfer variantı istisna edilmir.

29 yaşlı Patrik Şik son mövsümdə bütün turnirlərdə 45 oyuna çıxıb, 27 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

24 yaşlı Viktor Bonifase isə 27 matçda 11 dəfə fərqlənib və 2 qol ötürməsi ilə mövsümü tamamlayıb.

Seçilən
20
50
sportinfo.az

10Mənbələr