“Araz-Naxçıvan” tarixində ilk dəfə iştirak edəcəyi avrokubok imtahanının hazırlığına iyunun 18-də başlayıb.
Naxçıvan təmsilçisi hazırlığa “bismillah” deməmiş ilk transferini rəsmiləşdirib.
Son klubu III Bundesliqa təmsilçisi “Osnabryuk” olan Çance Simakala Ba-Muakanın adı qəliz görünür, oyununu zamanla görəcəyik.
“Araz Naxcıvan”ın işi hələliklegionerlərlədir. Dörd əcnəbi oyunçunu göndərib, altısını alıblar.
Onların arasında “Qarabağ”dan ayrılan Patrik Andradenin adı xüsusən diqqət çəkir. “Qarabağ” və “Zirə”dən tanıdığımız Hamidu Keyta da artıq “Araz Naxçıvan”nın üzvüdür.
Görünür, klubunqeyri rəsmi rəhbəri Zaur Axundov səxavət kisəsinin ağzını çox geniş açıb.
Bu transferlərin keyfiyyətinə ilk ictimai baxış iyulun 24-də və 31-də Yunanıstan “Aris”i ilə Konfrans Liqası oyunlarında olacaq.