AZ

Berdıyevdən xüsusi tapşırıq: “Bu məsələyə ciddi yanaşılsın!”

“Turan Tovuz” növbəti mövsümün hazırlıqlarına start verib.

İyulun 1-də Bakıda bir araya gələn qərb təmsilçisi toplanışı “Huner” Futbol Mərkəzində keçir.

Kurban Berdıyev məşqlərin son dərəcə qapalı keçirilməsinə dair tapşırıq verib.

Gündəlik çalışmaları yalnız klubda çalışanlar və komandada çalışanlar görə bilər. Başqa heç kim!

Azarkeşlər, jurnalistlər və futbol camiəsinin digər üzvləri üçün qapılar bağlıdır.

Təcrübəli çalışdırıcı bununla bağlı rəsmiləri ciddi məlumatlandırıb. Məşq əsnasında stadionun həndəvərində kənar şəxs olmamalıdır.

Berdıyev bu cür toplanışlara həssas yanaşır. Baxışa gələn, yaxud məşqlərdə iştirak etməsinə baxmayaraq transferi açıqlanmayan futbolçuların adlarının mətbuatda hallanmasını istəmir.

Məşqlərdə kimin özünü necə aparmasının, hansı oyunçuların danlaq eşitməsinin, ümumiyyətlə, komandanın içində baş verən proseslərin kənara çıxmasına qarşıdır.

Maraq üçün bildirək ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov da toplanış zamanı azarkeşlərin və jurnalistlərin məşqləri izləməsinə isti yanaşmır. Yalnız yoldaşlıq görüşlərində qapılar media mənsublarının üzünə açılır.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
15
50
sportinfo.az

10Mənbələr