AZ

ABŞ ordusu Meksika sərhədinə çatdı: Yüzlərlə kilometr ərazi hərbi zona elan edildi

ABŞ

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Sean Parnell, ölkənin cənubda hərbi varlığını artırmaq üçün Meksika sərhədinin təxminən üçdə birini əhatə edəcək yeni hərbi zonaların yaradıldığını açıqlayıb.

Parnell mətbuata verdiyi açıqlamada Arizona ştatında Barry M. Goldwater Hava Qüvvələri Təlim Bölgəsi yaxınlığındakı təxminən 225 kilometr federal ərazinin və Texasın cənubunda Rio Grande boyunca 400 kilometrlik ərazinin hərbi nəzarət altına alındığını bildirib.

O qeyd edib ki, hərbi zonaların genişləndirilməsi sərhəddə insan alveri şəbəkələri və narkotik kartelləri ilə mübarizədə təhlükəsizlik boşluqlarını aradan qaldırmaq məqsədi daşıyır. Parnell ABŞ-nin sərhəddə tam nəzarətin qurulması istiqamətində fövqəladə irəliləyiş əldə etdiyini və bu istiqamətdə səylərin qətiyyətlə davam edəcəyini vurğulayıb.

Hərbi zonaların genişləndirilməsi Konqresin razılığı olmadan ABŞ ərazisində orduya daxili təhlükəsizlik səlahiyyətinin verilməsi anlamına gəldiyi səbəbilə məhkəməyə çıxarılarkən, hərbi zona elan edilmiş ərazilərdəki insanlar, təbiətdə gəzənlər və ovçular onların ictimai ərazilərə girişinin bağlanmasından narahatdırlar. Nyu-

Meksiko Vəhşi Təbiət Federasiyasının icraçı direktoru Rey Trejo, "Tüfəngimlə ova çıxanda əsgərlərlə qarşılaşmaq istəmirəm. Bu, gərginliyə səbəb ola bilər" deyib.

Vətəndaş cəmiyyəti təşkilatları isə bu təcrübənin miqrantlar üzərindəki təsirinə diqqət çəkərək xüsusən də səhranın istisində ictimaiyyətə qapalı ərazilərdə itmiş miqrantların axtarışlarına mane olacağı barədə xəbərdarlıq edir.

Seçilən
14
31
xalqcebhesi.az

10Mənbələr