Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində piyada səkisində parkinq zonasının qurulması ilə bağlı məlumat yayılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Vətəndaşlar bildirib ki, sözügedən ərazidə artıq parkinqin qurulması işlərinə başlanılıb. Sosial şəbəkə istifadəçiləri bunun ərazidə səkinin darlaşmasına səbəb olacağını, həmçinin avtobus zolağı üçün yer qalmayacağını qeyd ediblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən ərazidə təşkil olunan cib ləğv olunur: “Səki tam şəkildə bərpa ediləcək. Aidiyyəti qurum tərəfindən artıq işlərə başlanılıb”.